Bu il keçiriləcək bələdiyyə seçkiləri üçün seçki bülletenlərinin sayı açıqlanıb
07.11.2019

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Visiontv.az-ın xəbərinə görə, iclasın əvvəlində MSK-nın 5 noyabr 2019-cu il tarixli protokolu təsdiq olunub. Daha sonra iclasda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiqlənib.

MSK katibi Arifə Muxtarova bildirib ki, bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenlərinin sayı 5020287 olacaq.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.