Bu il 3200 qadın özünüməşğulluq proqramına cəlb olunub
25.11.2021

"Məişət zorakılığı ilə bağlı dövlət və qeyri-dövlət iştirakçıları tərəfindən aktiv səylər göstərilir".

Visiontv.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə deyib. O bildirib ki, qadın zorakılığı ilə bağlı mərkəzlər fəaliyyət göstərir: "Bununla bağlı Milli Fəaliyyət Planı çox vacib sənəddir. Fəaliyyət planının faydalarını görürük. İki il ərzində gözlənilən nəticələri əldə edəcəyik. 2022-2028-cii illər üçün "Sosial Xidmətlər Strategiyası"nda da məişət zorakılığının əsas kontingentlərinə toxunulub. Burada sosial xidmətlər və sosial müdafiə alətləri xüsusi vurğulanır".

Nazir müavini qeyd edib ki, bu ilin 9 ayında 100-dən çox qadın birgə maliyyələşmə proqramına qoşulub: "Xanımlarımız özünüməşğulluq proqramında da aktiv iştirak edib. Bu ilin 9 ayında 3200 xanım bu proqrama cəlb olunub. 1000-ə yaxın qadın peşə təlimi, işsizlikdən sığorta alıb".