Bu gün Türkiyə 14 ölkənin xarici siyasətinə aktiv təsir göstərə bilir-Taleh Cəfərov
18.09.2020

Avropa Türkiyənin sürətlə qlobal gücə çevrilməsindən çox əndişələnir. ABŞ-ın nüfuzlu nəşrlərindən olan "Vaşinqton post"un yazdığına görə, bu gün Türkiyə 14 ölkənin xarici siyasətinə aktiv təsir göstərə bilir və bu ölkələr özlərinin xarici siyasətlərini məhz Türkiyə ilə məsləhətləşir.

İkinci bir məqam ondan ibarətdir ki, bu gün Türkiyənin 14 ölkədə hərbi bazaları mövcuddur və hər gün bu hərbi bazalara silah-sursatlar daşınmaqdadır. Baxın,  Avropanın, eləcə də dünyanın narahatlıq keçirdiyi əsas məqam bundan ibarətdir.

Bu gün Avropa 80-90-cı illər Türkiyəsini arzulayır. Gücsüz və zəif.

Visiontv.az