Bu gün dəmir yumruğun endiyi gündür - Türkiyə səfiri
27.09.2021

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 27 Sentyabr - Anım Günü ilə bağlı "Twitter" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Bu gün 44 günlük şanlı yürüşün başladığı gündür. Bu gün analar, atalar, həyat yoldaşı və övladlarla halallaşıldığı gündür. Bu gün Qarabağın azadlığı üçün yolçuluğa çıxıldığı gündür. Bu gün dəmir yumruğun endiyi gündür. Mübarək olsun".

Visiontv.az