Bu gün COVID-19-dan 19 nəfər vəfat edib
17.10.2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 896 nəfər yoluxub, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 502 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 403 nəfər müalicə olunaraq sağalıb, 6 765 nəfər vəfat edib. 17 039 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 261, bu günə qədər isə ümumilikdə 5 025 402 test icra olunub.

visiontv.az