Bu əlamətiniz varsa, qrip deyil, KORONAVİRUS OLMUSUNUZ — Həkimlər FƏRQİ TAPDI
18.04.2020

Dünyada çoxsaylı ölümə səbəb olan koronavirus epidemiyası qrip xəstəliyinə bənzədiyi üçün virusa yoluxan insanlar çox vaxt fərqi bilmirlər.

VisionTV.az   "Ölkə.Az"-a istinadən xəbər verir ki, həkimlər koronavirusla qrip arasındakı açar fərqi tapıb.
Əgər bir insanın iy bilmək hissi azalırsa, yaxud bu hissi itirirsə, onun koronavirusa yoluxma ehtimalı yüksəkdir.

ABŞ-ın Cincinnati Universitetinin professoru Əhməd Sədaqət bildirib ki, COVİD-19-un zökəm, yaxud burun tutulması ilə heç bir əlaqəsi yoxdur: "Bəzən koronavirusu mövsümü alergiya ilə qarışdırırlar. Amma bunun fərqi ilə bağlı araşdırma heyətinin tapdığı fərq budur ki, insanlarda iy bilmək hissi azalır, yaxud itirsə, onun virusa yoluxduğu ehtimalı böyükdür". publika.az