BP: Bu ilin sonunadək AÇG-də ümumi neft hasilatının 500 mln. tona çatacağı gözlənilir
27.11.2019

Bu ilin sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda ümumi neft hasilatının 500 mln. tona çatacağı gözlənilir.

Visiontv.az-ın məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

"Bu il üçün gözlənilən əlamətdar hadisələrdən biri də AÇG-də 500 mln. ton neftin hasilatıdır. Əlbəttə, bu, hasilat tempinə bağlıdır, amma ilin axırına kimi bu gözləniləndir", - deyə B. Aslanbəyli bildirib.