Böyük Britaniya Putinin sevgilisinə və keçmiş həyat yoldaşına sanksiyalar tətbiq edib
13.05.2022

Böyük Britaniya Rusiya prezidenti Vladimir Putinə yaxın olan bir sıra şəxslərə, o cümlədən vətəndaş nigahında olan həyat yoldaşı, keçmiş rusiyalı gimnast Alina Kabaevaya qarşı sanksiya tətbiq edib. Bu barədə mayın 13-də Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti qeyd edib ki, Putin rəsmi sənədlərdə Sankt-Peterburqdakı kiçik mənzili, 1950-ci illərə aid iki sovet maşını, qoşqu və kiçik qaraj da daxil olmaqla, “təvazökar aktivləri” bəyan edir: "Əslində, Putin ailəsinə, uşaqlıq dostlarına və onun hakimiyyətindən bəhrələnən və öz növbəsində onun həyat tərzini dəstəkləyən seçilmiş elitaya güvənir. Bugünkü sanksiyalar qazandıqları sərvətə görə Putinə minnətdar olan və onun döyüş maşınınna dəstək verənlərə qarşıdır".

Qeyd edək ki, bu gün Putina yaxın olan 12 nəfərə qarşı sanksiya tətbiq edilib.

Xüsusilə, ilk dəfə olaraq xarici dövlət keçmiş rusiyalı gimnast Alina Kabayevaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

visiontv.az