Bolqarıstan son illər strateji əlaqələrimizin daha da gücləndiyi Avropa ölkələrindəndir
Bolqarıstan son illər strateji əlaqələrimizin daha da gücləndiyi Avropa ölkələrindəndir
01.10.2022 Vüqar Bayramov Tərəfindən

2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 72 milyon 693 min dollar olub. Bu ilin ilk 7 ayında isə ticarət dövriyyəmiz 80 milyon 694 min dollaradək yüksəlib. Rəqəmlər göstərir ki, Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsində kəskin artımlar var. Amma təbii ki, potensial daha böyükdür.

Azərbaycan ilə Bolqarıstan arasındakı əməkdaşllqda vacib istiqamətlərdən biri də enerji əməkdaşlığıdır. Qeyd edək ki, son bir ildə Azərbaycan Avropaya 13,5 milyard kubmetr mavi qaz nəql edib. Bütövlükdə Azərbaycan tərəfindən Avropaya 2022-ci ildə 11 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur.

Yunanıstan, daxili şəbəkə vasitəsilə artıq Azərbaycan mavi qazı Bolqarıstana nəql edilir. Bu il yarım milyard, gələcəkdə il ərzində Bolqarıstana 1,5 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Həmin daxili şəbəkənin ötürülməsi qabiliyyəti 5,5 milyard kubmetrə qədər yüksələcək. Avropa üçün Azərbaycan yeni alternativ mənbədir. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir.

Bu baxımdan, Azərbaycan Prezidentinin Bolqarıstana səfəri iki ölkə arasındakı strateji münasibətlərin yeni mərhələyə daxil olmasına imkan verəcək.

Millət vəkili Vüqar Bayramov

visiontv.az