Bolqarıstan haqqında maraqlı FAKTLAR…
Bolqarıstan haqqında maraqlı FAKTLAR…
30.09.2022 MEDİA Tərəfindən

Bolqarıstan Avropanın ən qədim ölkələrindən biridir. Bolqarlar xaricilərə qarşı çox tolerantdırlar.

Bu ölkədə ümumi orta təhsil 7 sinif davam edir. Daha sonra isə şagirdlər riyaziyyat  və ana dilindən imtihan verərək gimnaziyalara daxil olurlar. Gimnaziya təhsilinin 8-ci sinfində bütün təhsil müəssisələrində ingilis dili və digər fənnlər tədris olunur
Bolqarların sevimli alkoqol içkiləri rakiyadır. Burada müxtəlif növ rakiyalar mövcuddur. Məslən, üzüm, gavalı, armud rakiyaları və s.

        

                                                     Qəhvə bolqarların milli içkisi hesab edilir


Bolqarıstanda Georgi günü milli bayram hesab edilir. Bu bayramı bolqarlar 6 mayda qeyd edirlər. Bu bayramda bolqarlar qohumlarını ziyarət etmək üçün kəndlərə gedirlər və milli mətbəx nüminələrindən dadırlar.Bayram günlərində paytaxt küçələrində demək olar ki, avtomobil olmur.


Bununla yanaşı əgər siz bolqar dilində bəzi sözləri səhv tələffüs edirsizsə, bolqarlar heç vaxt bunu sizə irad tutmayacaqlar.
Bolqar dili cənubi slavyan dilidir və makedon dili ilə qarşılıqlı başa düşüləndir. Digər əlaqəli dillərə serb, sloven və xorvat dilləri daxildir. Slavyan dillərinin əksəriyyəti ilə müqayisədə nisbətən fərqli qrammatikaya malikdir, məsələn, rus dilində ismin 6 halı varsa, bu dildə, demək olar ki, heç bir hal yoxdur. 

Bünyamin Bünyadzadə
Visiontv.az