BMT-nin yeni hesabatına görə İranda qadınların vəziyyəti pisləşib və edamların sayı artıb.
Birləşmiş Millətlər Təşkilatının İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi May Sato cümə günü BMT Baş Assambleyasının İnsan Haqları Komitəsinə İranla bağlı ilkin hesabatını təqdim edib.
Xanım Satonun sözlərinə görə, ötən ilin avqustunda öz missiyasına başladıqdan sonra İranda edamlar xeyli artıb və mövcud məlumatlara görə, İran hökuməti tərəfindən müxtəlif ittihamlarla, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 140-dan çox insan edam edilib.
Xanım Satonun sözlərinə görə, bu hesabatda gender bərabərliyi, din, qanunlar, etnik mənsubiyyət, mədəni müxtəliflik, adət-ənənələr və ya cinsi oriyentasiya kimi müxtəlif aspektlərdən araşdırılıb.
May Sato İranda qadın və qızların vəziyyətinin insan haqları baxımından daha da pisləşdiyini vurğulayıb. O, İran hökumətinin etiraz aksiyalarında iştirak edən qadınlara qarşı rəftarına toxunaraq xatırladıb ki, İran İslam Respublikası dünyada qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiyanı imzalamayan nadir ölkələrdən biridir.
BMT-nin İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi beynəlxalq ictimaiyyətdən onu dəstəkləməyi və İranı bu missiya ilə konstruktiv məşğul olmağa təşviq etməyi xahiş edib.
visiontv.az