Biz haqq yolundayıq və qalib gələcəyik - Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri
16.10.2020

"Bu Vətən, bu şəhidlər bizimdir”.

Visiontv.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.

M. Yevdayev deyib ki, sentyabrın 30-da döyüş bölgələrində olub: “Mən orada xalqın mətinliyini, Ordu və Ali Baş Komandanla birliyini qürurla hiss etdim. Kişi çuğundur yığırdı, sahəyə mərmi düşdü. Dedik, mərmi düşüb, dedi, nə olsun, qabaqda ordumuz var. Biz yəhudi təşkilatlarına müraciət etmişik. Biz haqq yolundayıq və qalib gələcəyik. Biz Ali Baş Komandanın, Ordumuzun şərəfinə dua oxuyuruq. Uca bayrağımız Qarabağın səmalarında dalğalansın”.