Biz bir həqiqəti çatdırana qədər erməni yüz yalan yayır-professor Səlahəddin Xəlil
Biz bir həqiqəti çatdırana qədər erməni yüz yalan yayır-professor Səlahəddin Xəlil
08.10.2021 Səlahəddin Xəlilov Tərəfindən

Din amilimi?!

- Ermənistan nəyə güvənir; bəlkə din amilinə?

- Çox nahaq! Xristianlıq da daxil olmaqla, bütün dinlərin əsas hədəfi Haqqa xidmətdir. Haqsız olanı müdafiə etmək öz dininə də sayğısızlıq göstərmək, dini siyasətin alətinə çevirməkdir.

P.S.

- Bəs onda niyə bizi dəstəkləyənlər azdır: Türkiyə, Pakistan...

- Heç də elə deyil. Sevgi başqa, siyasit başqa. Hamıdan bizi sevməyi tələb edə bilmərik. Hamı canı ilə, qanı ilə yanımızda ola bilməz.

Əslində həm Şərqdə, həm də Qərbdə bizim mövqeyimizi dəstəkləyənlər çoxdur. Böyük Britaniya Parlamentinin qərarını, Almaniya rəsmilərinin bəyanatlarını, İzrailin, Ukraynanın, Gürcüstanın, Macarıstanın və digər haqsevər ölkələrin  mövqeyini unutmayaq. Elə Rusiyanın özündə də işin əslini bilən və ədaləti müdafiə edənlər az deyil. Tam tərsinə, din qardaşı saydığımız İranın və bəzi ərəb ölkələrinin mövqeyinə baxın…

Qərb Dünyası rəsmən öz dəyərlərinə qarşı çıxa bilməz. Bircə Fransa istisnadır; o da Makronun subyektiv mövqeyidir.  Önəmli olan həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. O başqa məsələ ki, biz bir həqiqəti çatdırana qədər erməni yüz yalan yayır.
Ermənistanın əsas silahı dezinformasiyadır. Bizim zəif halqamız isə həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılması işini hələ də yüksək səviyyədə təşkilatlandıra bilməməyimizdir.

Visiontv.az