Bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub
08.05.2021

Mayın 7-də bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub. Mayın 7-də “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Baş ofisində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Birliyin üzvü olan bir çox şəhid ailəsi və qazilər vaksinasiya edilib. İctimai Birliyin sədri Zamin Zeynalov bildirib ki, təşkilatların TƏBİB-lə birgə belə tibbi əhəmiyyətli təşəbbüsü həyata keçirməkdə əsas məqsəd dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin COVID-19-la mübarizə sahəsində həyata keçirdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq belə bir zamanda İctimai təşəbbüs göstərilməsini vacib hesab edərək vətəndaş cəmiyyətinə töhfə verməkdir.