Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
18.01.2020

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, havanın temperaturu gecə 2-5° isti, gündüz  6-9° isti, Bakıda  gecə 3-5° isti, gündüz  6-8° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 768 mm  civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.