Beşiktaş ayrılığı açıqladı - Ulduz futbolçu rəsmən getdi
18.12.2018

Türkiyənin "Beşiktaş" klubu portuqaliyalı futbolçusu Pepe ilə rəsmən yollarını ayırıb.

Visiontv.Az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Rəsmi açıqlamada o da bildirilir ki, 35 yaşlı oyunçuya 100 min 700 avro təzminat ödəniləcək.

Qeyd edək ki, karyerası ərzində "Portu", "Real" kimi klublarda forma geyinən Pepe, 2017-ci ildən "Beşiktaş"da çıxış edirdi.