Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasına münasibət bildirib.
Visiontv.az-ın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti bir daha Fələstin xalqının yanında olduqlarını bəyan edib.
Ərdoğan qeyd edib ki, Türkiyənin BƏƏ-dəki səfiri geri çağırıla bilər.