BDU əməkdaşlarının mütəşəkkil olaraq vaksinasiyasına başlanıldı
15.04.2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən bu gündən başlayaraq Bakı Dövlət Universitetində (BDU) əməkdaşların mütəşəkkil olaraq vaksinasiyasına başlanılıb.

BDU-nun müraciətini nəzərə alaraq TƏBİB Universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb. Poliklinikada 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub.  Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.

BDU əməkdaşları könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunurlar. Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılmışdır.

Vaksinasiya bir neçə gün davam edəcəkdir.