"BBC": "Afrika "Ərdoğan" deyir"
"BBC": "Afrika "Ərdoğan" deyir"
26.05.2023 Elbəyi Həsənli Tərəfindən

"BBC" “Why Turkey's election is being closely followed in Africa” (Niyə Türkiyənin seçkiləri Afrikada yaxından təqib olunur) adlı məqalədə deyilir ki, Türkiyənin Afrikadakı nüfuzu son 20 ildə ciddi şəkildə artıb. Türkiyənin qitədəki səfirliklərinin sayı 44-ə çatıb. Müqayisə üçün deyək ki, Afrikada ABŞ-ın 49 , Fransanın 46, Çinin isə 53 səfirliyi var.

Prezident Ərdoğan dörd dəfə Seneqala səfər edib – Çin və Almaniyada da bir o qədər olub.

50-dən çox ölkə və 1,2 milyarddan çox insanı olan qitədə mövcud olan bazar türk ixracatçıları və iş adamları üçün cəlbedici görünür.

Türkiyə Xarici İşlər Nazirliyinin kimyəvi maddələr, polad və dənli bitkilərin statistikası ilə bağlı məlumatına görə, Türkiyənin qitə ilə illik ticarəti 2003-2021-ci illər arasında 5,4 milyard dollardan 34,5 milyard dollara yüksəlib.

"BBC" qeyd edir ki, Kemal Kılıçdaroğlu Türkiyənin xarici siyasətini 180 dərəcə dəyişmək istəyirdi. Yəni Qərbə daha çox yaxınlaşmağı hədəf almışdı. Müvafiq olaraq Afrika arxa plana keçəcəkdi. Elə bu səbəbdən də Afrika ölkələri daha çox Ərdoğanın prezident seçilməsində maraqlıdırlar...

Elbəyi Həsənli

visiontv.az