Baydenin Qarabağ məsələsində Azərbaycana təzyiq edəcəyi gözlənilir - Məhəmməd Əsədullazadə
Baydenin Qarabağ məsələsində Azərbaycana təzyiq edəcəyi gözlənilir - Məhəmməd Əsədullazadə
25.01.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Xüsusilə Dövlət katibi E. Blinkenin Azadlığa dəstək aktı olan "907-ci" düzəlişə uyğun olaraq sanksiyaları bərpa edəcəyi mümkün ola bilər. C. Bayden administrasiyası ermeni lobbisi ilə sıx əməkdaşlıq edir və Qarabağ məsələsində "status" qaldırmaq və Azərbaycana təzyiqlər edərək siyasi münasibətlərin pozulmasına gətirə biləcək addımlar atması, regionda Vaşinqtonun mövqeyini zəiflədəcək və ümumiyyətlə Qarabağ üzərindən Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdləri fiaskoya uğrayacaq.

Yeni adminstrasiyanın dövlət katibi Entoni Blinkenin Ermənistanın təhlükəsizliyi və Qarabağ məsələsi ilə bağlı açıqlamaları göstərir ki, bununla bağlı qarşı tərəfə maliyyə yardımı, siyasi dəstəyi birbaşa ermeni separtizminə açıq dəstəyidir. Bununlada  Ermənistanla Azərbaycan arasında mümkün əlaqələrin normallaşdırılmasının qarşısını ala bilər. Çünki Vaşinqton "status" məsələsini ortaya atacaqsa, Yerevana prosesdə dəstək verəcəksə, Azərbaycan və Türkiyə ilə əlaqələrə zərbə vurmaqla yanaşı, ABŞ -in milli maraqlarını ermeni lobbisinin maraqlarına satacaq.  ABŞ rəsmilərinin açıqlamaları, məhz bunu göstərir.

ABŞ -ın təsiri Cənubi Qafqaz strategiyası zəifləyib, bu addımı atmaqla bütövlükdə Gürcüstan siyasətinə də mənfi təsir edəcək. Artıq ABŞ -ın Qarabağ üzərindən  Türkiyə və Azərbaycan kombinasiyasına təsiri müsbət effekt verməyəcək. Əgər,  Ermənistan rəhbərliyi Vaşinqtona arxalanıb, Azərbaycana təzyiqlərin ediləcəyi nəticəsində hərhansı bir güzəşt əldə edəcəkləri mümkün deyil. Qarabağda Rusiyanın sülhməramli qüvvələrinin olması, Türkiyənin Azərbaycanda hərbi mövcudluğu ümiyyətlə Yerevan Vaşinqton əməkdaşlığını indidən perspektivsiz edir.

Göründüyü kimi,  Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün indiki situasiyada hərbi əməliyyatlara başlasaydı, Vaşinqtonun ciddi sanksiyaları ilə üzləşəcəkdi. Demək, bundan sonra Minsk qrupuna qayıtmaq və hərhansı bir status məsələsini müzakirə etmək Azərbaycanın əleyhinədir. C.Bayden administrasiyası birbaşa Qarabağdakı ermənilərə müstəqillik tələb edə bilər.

Minsk qrupunun üç həmsədr dövləti ABŞ və Fransa siyasi cəhətdən Ermənistanı tam müdafiə edir. Azərbaycana qarşı əks mövqe tuturlar.

ABŞ  Azərbaycan əlaqələri B. Obama dövründə olduğu kimi davam edəcək. Əgər, regionda Azərbaycanla əməkdaşlığa üstünlük verəcəklərsə,  Mərkəzi Asiyada strateji siyasətini həyata keçirəcək. Əks təqdirdə  regiondan indiki kimi uzaq duracaq. Qlobal siyasətin tərəfdarı olan C. Bayden ilk gündən  ermeni lobbisinin şltaqlığına məruz qalmaqla Cənubi Qafqaz siyasətini fiaskoya uğratmaqla, Rusiyanın mövqeyini gücləndirməyinə şərait yaradır.

Visiontv.az