Baş infeksionistdən növbəti maska XƏBƏRDARLIĞI
27.04.2020

Nazirlər Kabineti yanında Operatv Qərargahın qərarı ilə bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bir sıra iş yerləri və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Beləliklə də, karantin rejimində küçəyə çıxan insanların sayı nəzərə çıxacaq dərəcədə çoxalır və virusun yayılmasına şərait yaradır. Pandemiyanın ilk günlərindən fərqli olaraq maska taxanlar da azalıb. Bəs belə olan halda virusdan necə qorunmaq olar?

Visiontv.az xəbər verir ki, respublikanın baş infeksionisti Cəlal İsayev bunun çıxış yolunu yalnız maska taxmaqda görüb:

"Bu yumşaldılma virusun artmasına gətirib çıxarmamalıdır. Fəaliyyətinə icazə verilən vətəndaşlar və ya onların xidmətindən istifadə edən əhali mütləq maskadan istifadə etməlidir. Çünki kimin virus daşıyıcısı olduğunu bilmirik.

İstər xəstəsi, istər sağlamı, mütləq maska taxılmalıdır. Xüsusilə də fərdi əmək fəaliyyətilə məşğul olan insanlar. Hansısa bir əşyanın təmiri üçün çağırışa gedən usta maskasız fəaliyyət göstərməməlidir. Yaxud da xarab olan cihazı emalatxanaya gətirilməsini tələb edə bilər".

BAKU.WS