Baş İdarənin rəisi Həmid Nəsirov məşqçi-müəllimi təltif etdi
11.01.2022

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi məşqçi-müəllimə "Təşəkkürnamə"ni təqdim etdi

Qeyd edək ki, 30 dekabr 2021-ci il tarixdə Gəncədə ilin yekunlarına əsasən idman sahəsində bir qrup idmançıların və məşqçilərin təltifolunma mərasimi keçirilmişdir.

Baş tutan tədbirdə üzürlü səbəblərdən qatıla bilməyən VKF karate idman növü üzrə məşqçi-müəllim Əziz Əzizovu 10.01.2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Baş İdarənin İdman sektorunun müdiri tərəfindən məşqlər keçirilən yerə - Gəncə Olimpiya İdman Klubunda ziyarət edilərək, burada Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun adından onu bir daha təbrik etmiş, gələcək məşqçi fəaliyyətində uğurlar arzulanmışdır.

Baş İdarə rəisi Həmid Nəsirov  "Təşəkkürnamə"ni Əziz Əzizova təqdim etmiş və 2021-ci il ərzində Bədən tərbiyəsi və idmanın inkişafında verdiyi töhfələrə görə ona öz minnətdarlığını çatdırmışdır. Əziz Əzizov idmançılara göstərilən diqqət və qayğıya görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova öz dərin ehtiramını bildirmişdir. Sonda idmançı kollektivlə xatirə şəkli çəkdirilmişdir.

Visiontv.az