Barselonadan 19 yaşlı futbolçuya 75 milyon avroluq təklif
28.03.2019

Barselonadan 19 yaşlı futbolçuya 75 milyon avroluq təklif

İspaniyanın "Barselona" klubunun yeni transfer hədəfi məlum olub.

Visiontv.Az sportal.az-a istinadən xəbər verir ki, katalonlar "Ayaks"ın müdafiəçisi Matteis de Liqti heyətinə cəlb etmək istəyir.

"Barselona" 19 yaşlı futbolçunun keçidinə görə 75 milyon avro ödəməyə hazırdır. La Liqa təmsilçisinin rəsmiləri gənc futbolçunun agenti Mino Rayola ilə keçidi həll etmək üçün tez-tez görüşürlər.

Qeyd edək ki, de Liqt hazırda "Ayaks"ın kapitanıdır. Gənc stopper Hollandiya millisinin üzvüdür.