Banklardan, Psixoloji Mərkəzlərdən gələn YORUCU ZƏNGLƏR!
09.04.2019

Reklamın daha sərfəli və ucuz , eyni zamanda cəmiyyəti düşünən tərəfi vardır...

-Salam

-Salam buyurun...

-Sizi “....” bankdan narahat edirik. Sizə müəyyən şərtlərlə kredit təklifi edirik.

-Aha buyurun

 -Axı biz götürdüyümüz məbləği hələ ödəyib qurtarmamışıq.

-  Bilirik. Məlumatlıyıq bu haqda. Müştərilərimizi düşünüb əvvəlki ödənişi nəzərə alaraq yeni sərfəli kredit  təklif edirik sizə yenidən. Siz bu imkandan yararlana bilərsiniz.

-Çox sağolun. Ama ehtiyac deyil hələki...

Bir azdan....yenə  başqa işlək mobil nömrəyə həmin”....” bankdan yeni  və yenə həm həmin zəng......

-Alo

-Alo, buyurun

Eyni dialoq təkrarlanır...

-Axı sizə dedim ki, xanım bizə ehtiyac deyil

-Bizə müdriyyət tapşırıq verib ki, bu haqda müştərilərimizə məlumat verək. Bizlik nəsə bir şey yoxdur.

-Aha, bildim xanım, ama siz də bu işə kim baxırsa deyin ki, müştəriləri bu qədər narahat etməyin bir xahiş!

Bəli son illərin Bank sektorunda kredit təklifi ilə qarşımıza çıxan  mənzərə...Bir telefon nömrəsindən verilən xeyr cavabı və digər qeydiyyatda olduğun nömrəyə gələn həmin zəng. İnsanları düşünüb bu qədər narahat etmək və yorucu dialoqlar, yorucu eynilik və təkliflər nə qədər də acıdır sadəcə... Bu qədər xidmət və öz işini peşəkar aparmaq istəyən hər hansısa özəl və dövlət təşkilatı, qurumuna belə bir xidmət verilmiyib axı...

Eyni anoloji hadisə indi də Psixoloji Mərkəzlərin “REKLAM “sektorunda dəbdədir.

-Alo, salam

-Bəli, salam

-Sizi “…………”Psixoloji Mərkəzdən narahat edirik. Bizim *filan təlimimiz olacaq. Siz də dəvətlisiniz.

-Aha çox sağ olun

-Sizə bu * Filan təlim nə deməkdir onun haqqında qısa məlumat verək.........

Ardınca bu təlim *bu psixoloqun təqdimatında keçiriləcək. Ödəniş *filan qədərdir.

Zəng gəlir və telefonu açırsan, səni dinləmədən öz REKLAMLARını  sənə təklif edirlər. Təlim haqqında olan məlumatı kənara qoyub, təlimi başa salırlar.....sonra kimlik və məbləğ təbii ki.

Ümumiyyətlə reklamla bağlı bəzi şərtlər çərçivəsində deyil. Cəmiyyətimizin hər bir üzvü bununla qarşılaşır.  Yersiz,  müəyyən edilməmiş reklamlar sadəcə kütlə yığmır,  məhsul və xidmətləri vətəndaşlara belə vəziyyətdə REKLAM edilir. İşini bilən hər bir peşəkar mütəxəssis və peşəkar rəhbərlik belə yorucu zənglərə düşünürəm  sədd qoymalıdır. Vətəndaşın  şəxsi mobil nömrəsi belə yorucu zənglərlə sıxıcılaşdırılmamalıdır. Reklamın daha sərfəli və ucuz , eyni zamanda cəmiyyəti düşünən tərəfi olmalıdır. Olmazmı bu reklamın hər hansısa ödənişsiz təklifi ? Daha mütəşəkkil, daha çərçivədə və daha anlaşıqlı, cəmiyyəti düşünən. Artıq yox elə bir- ikicə dəfə....

visiontv.az                     Şəlalə Babayeva