Banklar valyuta hərracında nə qədər dollar cəlb edib?
21.01.2022

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Visiontv.az AMB-yə istinadla xəbər verir ki, hərracda tələb 99,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (18 yanvar 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 14,3% azalıb.