4.07.2020
Axtar
Hadisə
alt

“Banklar haqqında” qanuna dəyişikliklər layihəsi təsdiqləndi

“Banklar haqqında” qanuna dəyişikliklər layihəsi təsdiqləndi

Azərbaycan prezidenti İlham Əliyev “Banklar haqqında” qanuna dəyişikliklər layihəsini təsdiq edib.

Dəyişikliyə əsasən, Müşahidə Şurası üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və yaxud kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək.

Bankların İdarə Heyəti, o cümlədən Audit Komitəsinin üzvlərinin səlahiyyət müddəti 3 il təyin ediləcək.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

Bundan əlavə, dəyişikliyə əsasən, bankın idarə orqanlarında təmsil olunan şəxslər Audit Komitəsinin üzvü ola bilməz.

Qanunun 28.1 maddəsinə edilən dəyişikliklərə əsasən, bankların İdarə Heyəti, Müşahidə Şurası və Audit Komitəsinin üzvləri, o cümlədən onların ialələrinin üzvlərinin kommersiya maraqlarını yalnız Müşahidə Şurası qarşısında aça bilərlər.ba

Şərh