Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub - FOTO - VİDEO
13.12.2019

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Visiontv.az-ın məlumatına görə, avtoqəza Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb.

Avtoqəza zamanı Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı minik maşını ilə Lamiyə Əbəçiyevanın idarə etdiyi “Jeep Grand Cherokee” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra sürücülər arasında mübahisə də yaranıb. Hətta “Jeep” markalı avtomobilin xanım sürücüsü çəkiliş qrupuna da təzyiqlər göstərib.

 

APA