Bakıda yeni avtobus qəzası
02.04.2019

Dönmə manevrini edərkən sürücü idarəetməni itirib

Bu gün saat 07:30 radələrində 62 nömrəli marşrut xəttində 10TG992 DQN-li avtobusun iştirakı ilə qəza olub.

 “Report”a istinad edərək  Bakı Nəqliyyat Agentliyindən (BNA)  verilən məlumata əsasən avtobusun sürücüsü Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarə etməni itirib. Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib.

 

"Hadisə nəticəsində xəsarət alan yoxdu. Məsələ diqqətimizdədi, müvafiq araşdırma aparılır", - məlumatda bildirilib.