Bakıda tolerantlıqla bağlı beynəlxalq konfrans keçiriləcək
20.09.2022

Noyabrın 16-da Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə beynəlxalq konfrans keçiriləcək.

Visiontv.az Report.az saytına istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.

Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkə prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə yaradılıb. Qurumun əsas işi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir.