Bakıda təcili tibbi yardım maşını qəzaya düşdü - 3 avtomobil toqquşdu
02.03.2020

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb.

Visiontv.az-ın verdiyi xəbərə görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb. 

Yağışlı hava şəraitində baş verən qəza zamanı 3 avtomobil toqquşub. Zəncirvari qəza zamanı avtomobillərə ciddi ziyan dəyib. 

Hadisə zamanı xəsarət alan olmayıb.