Bakıda şirkətin ofisindən 40 min manat pul oğurlanıb
05.12.2019

Visiontv.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən arxitektur şirkətində qeydə alınıb.

Visiontv.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən arxitektur şirkətində qeydə alınıb.

Bakı şəhər sakini Saməddin Heydərov hüquq-mühafizə orqanlarına müraciət edərək çalışdığı şirkətdəki seyfdən 40 min manat pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalara başlanıb.