Bakıda qələbə yürüşü keçirilir - FOTOLENT
25.11.2020

Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.

Müraciətdən sonra Bakı sakinləri Heydər Əliyev Mərkəzindən Şəhidlər Xiyabanı istiqamətində yürüş edib. Əhalinin bir qismi isə eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb - liseyindən yürüşə start verib.

Qeyd edək ki, bayram yürüşü günün sonuna kimi davam edəcək.

Orxan Kərimov
Visiontv.az