Bakıda "OBA market"ə basqın edildi
30.04.2020

Bakıda marketdə quldurluq hadisəsi baş verib.

Visiontv.az "report"a istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən "OBA market"də qeydə alınıb.

Belə ki, naməlum şəxs marketə hücum edib.

O, marketin inzibatçısı Cavad Nurullayevi bıçaqla hədələyərək kassada olan 900 manat pulu aparıb.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.