Bakıda kişi arvadını amansızlıqla öldürüb intihar etdi
23.07.2021

Bakıda bıçaqlanma və intihar hadisəsi baş verib. Visiontv.az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Quliyev Zərbəli Məmmədhüseyn oğlu həyat yoldaşı, 1976-cı il təvəllüdlü Tatardinova Lyudmila Alekseyovnaya çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Daha sonra Z.Quliyev özünü kəndirlə asaraq intihar edib.

Hadisənin təfərrüatı Xəzər Rayon Prokurorluğunda araşdırılır.