Bakıda icra hakimiyyətinin əməkdaşı iş vaxtı öldü
05.09.2019

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Qaradağ Rayon İcra hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib.

S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır. (Trend)