Bakıda gənc oğlan özünü binadan atdı
26.01.2021

Bakıda intihar hadisəsi baş verib.

Visiontv.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Xudu Məmmədov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 20-25 yaşlı oğlan özünü binadan atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.