Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Visiontv.az xəbər verir ki, qəza Kürdəxanı qəsəbəsində baş verib.
"Mercedes" markalı minik avtomobili 1993-cü il təvəllüdlü Əliyev Yasin Vaqif oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.