Bakıda ağır qəza olub, 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb
18.11.2019

Səhiyyə Nazirliyi bu gün Bakının Xəzər rayonunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, Mərdəkan yolunda baş verən qəza barədə Təcili Tibbi Yardıma çağırış 10:52-də daxil olub.

Hadisə zamanı 2 nəfər yerində dünyasını dəyişib. Digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb.