Bakıda 18 yaşlı gənc bıçaqlandı
19.04.2021

Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Naməlum şəraitdə bıçaqlanan 2003-cü il təvəllüdlü Kərimov Miraləm Mahir oğlu xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun qarın boşluğunda və döş qəfəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Report