Bakıda 155 svetofor BNA tərəfindən idarə olunur - Mais Ağayev
05.08.2021

Bakı Nəqliyyat Agentliyi son 5 il ərzində  hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə görülən işlərin ümumi statistikası açıqlayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Visiontv.az-a açıqlamasında deyib ki, bu günə kimi  nəqliyyat vasitələri üçün 47, piyadalar üçün 22 məntəqədə svetofor  quraşdırılıb.

BNA rəsmisinin sözlərinə görə, son 5 il ərzində 116 məntəqədə piyada svetofor seksiyası quraşdırılıb. Hazırda BNA tərəfindən idarə olunan 155 ədəd svetofor və 342 ədəd svetoforlu yol kəsişməsi var.

Orxan Kərimov
Visiontv.az