Bakı məktəblərində “Son zəng” - FOTOREPORTAJ
14.06.2021

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. Paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində Təhsil nazirinin müavini Muxtar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər. Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.