Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avropa İttifaqının (Aİ) yaxın illərdə reallaşdıracağı flaqman layihənin tərkib hissəsi olacaq. Visiontv.az bildirir ki, bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov deyib.
Onun sözlərinə görə, Aİ Bakı limanının fəaliyyətinin rəqəmsallaşdırılmasını, onun ekoloji təmiz zonaya çevrilməsini hədəfləyir: "2021-ci ilin dekabrında "Şərq tərəfdaşlığı" ölkələrinin zirvə görüşü keçiriləcək. Bu görüş zamanı bizim təkliflərimiz səsləndiriləcək. Azərbaycan üzrə təklifi biz hökumətlə birgə hazırlayacağıq. Bu görüşdən sonra investisiya layihəsinin reallaşdırılmasına başlayacağıq".
Ərdoğanın İraqa səfəri və Bağdadda əldə etdiyi razılaşmalar Azərbaycan üçün də faydalıdır