Bakı küçələrində polisə savaş açmaq istəyən kimlərdir-Şöhrət El-Dəniz
Bakı küçələrində polisə savaş açmaq istəyən kimlərdir-Şöhrət El-Dəniz
08.06.2020 Şöhrət El-Dəniz Tərəfindən

Amerikada baş verən etiraz aksiyalarını xaosa, kütləvi talanlara, polislə qarşıdurma müstəvisinə keçirtdilər. Ardınca bu cür etiraz dalğasını Avropaya transfer etdilər. Guya Avropada da vətəndaşlar Amerikada ölən qaradərilinin hüquqlarını, demokratiyanı müdafiə edirlər. Halbu ki, 4-5 ay bundan qabaq Avropa Suriyadan qaçqın kimi gələn qadına, uşağa, qocaya faşist kimi münasibət bəslədi. Döydü, söydü, hətta güllə baran etdi. Amma indi birdən-birə ABŞ-da ölən qaradərili narkomanı demokratiya adına müdafiə etməyə başladı. Belə yerdə deyərlər gedin bir yerinizi qaşıyın...

Söhbətimə qayıdıram. Son günlər polisə qarşı kompaniyaya start verilib. Kim verib və niyə verib? Bu ayrı söhbətdir.

Mənim sözüm burdakılara - milləti polis qırdı deyib, haray-həşir salanlardı. İlk növbədə bəzi jurnalist və hüquq müdafiəçilərin fikirlərinə münasibət bildirəcəm. Qardaşım, bacım o siz deyildiniz bütün günü sosial şəbəkə vasitəsilə, mətbuatda polisi ittiham edən ki, metroda, avtobusda, küçədə-bayırda əxlaqsızlıq, xuliqanlıq, şərəfsizlik edən bir sürü adam var, onlar haqqında ölçü götürmürlər. Ona-buna sataşırlar, qanun-qayda saymırlar. Kefləri nə istəyir onu da edir. Mən də daxil siz deyildinizmi bu sözləri deyən, əsəbləşən, polisi ittiham edən və sair. Təbii biz idik. Noldu indi, nə dəyişdi. Niyə birdən-birə demokrat libasını geyinməli oldunuz. Sözbazlıq üçün söz azadlığını ortaya soxdunuz. Başqasının sağlamlıq hüququnu pozan şəxsin insan hüququ matağa çevrildi.

3-4 aydır çöldə-bayırda olduğundan ailə görməyən, normal qidalanmayan, bütün günü küçədə vətəndaşın tökdüyü bağışlıyın məni poxu təmizləyən polisi birdən-birə düşmənə çevirmək kimi bir ideya hardan gəlib ağlınıza. Əslində bu heç sizin ağlınızın məhsulu deyil. Bu ideya xaos, talan yaratmaq istəyənlərin ideyasıdır. Hansısa tanımadığınız vətəndaşın hüququnu qorumaq istəyindən yaranmayıb bu fikirlər.

Ömür boyu məhəllə şüurundan kənara çıxmayan azərbaycanlını məhəllə xarakterli hadisələrlə qızışdırıb küçələrə çıxartmaqdır məqsəd. Hansısa bir məhəllədə, hansısa bir şərəfsizi, bəlkədə oğru-banditi polis həbs edir. Bundan şou yaradırlar ki, karantinə görə həmin məhəlləyə ordu yeridilib. Oğlanı döyülən, zülm edilən, lütləyib toka verilən bir qəhraman kimi təqdim edirlər. Və vətəndaşı polislə qarşıdurmaya dəvət edirlər. Bununlada xaos qığılcımına start verilir. Amerikada narkotik satan vətəndaşın polis tərəfindən həbsi edilməsi ssenarisinin təkrarı deyilmi? Məncə eyni ssenaridir. Amma bir şeydə yanılırlar. Bu gün küçədə duran polis, heç də vərdiş etdiyimiz qarnı yekə, özündən razı polislər deyil. Bunlar Daxili Qoşunların hərbiçiləri və Cevik bölüyün polisləridir. Və erməniylə üzbə-üz dayanıb savaşmağı öyrənən hərbiçi polislərdir. Küçədə şərəfsizlik edib onun bunun ana-bacısına söz atan gədələrlə mübarizə üçün yetişdirilmir bunlar. Pandemiyaya görə çıxardıblar bunları küçələrə. Və konkret əmr verilib. Vətəndaşlarla etikadan kənarı rəftar olunması. Yalnız qanun çərçivəsində hərəkət edin. Onlarda verilən əmrə dəqiqliyi ilə riayət edirlrər. 3 ay ərzində məni bəlkə 10 dəfə yoxlayıblar. Elə dünən, 2 gün mən işə çıxdım. 4-5 dəfə yoxladılar. Bir dəfə də olsun həmin polislərin səslərinin tonlarını belə qaldırdıqlarının şahidi olmadım. İndi noldu hansısa bir gədəyə görə Azərbaycan polisini faşistə çevirmək istəyirsiniz. Polisi düşmənə çevirib küçələrdə talanlar, dağıntılar, xaos yaratmaq istəyirsiniz. Məncə bu baş tutmayacaq. Qanun qanundur. Məhəllədə, evinin içində və yaxud şəhərin mərkəzində. Qanuna tabe olmalısan vəssalam. Polis də şərəflə öz işini görməlidir. Bu qədər bəsit.

visiontv.az