Bağlanan banklarda itirilən müştərilərlə bağlı "Mastercard"dan AÇIQLAMA
03.03.2021

Azərbaycan pandemiyadan güclü çıxıb. Bəlli dönəmlərdə bəlli banklar bağlanır. Müşətəri itirilməsi nə bank sektoru üçün nə də kart və  ödəniş sistemləri üçün demək olar ki, olmur. Visiontv.az xəbər verir ki, bunu "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib

O  itkinin olmamasını aşağıdakı fikirlərlə əsaslandıraraq bildirib ki, İtki ona görə olmur ki, o müştərilərin hələ də nağdsız ödənişə ehtiyacı olur. Hər hansı bankın kartı bağlananda həmin müştəri başqa bir bankdan kart alır. Sektor təbii ki, güclənir. Bəzən maliyyə dayanıqlılığı zəif olanlar zərər çəkir. Bunun müştəriyə heç bir təsiri demək olar ki, olmur. Bizə də son nəticədə təsiri olmur. 

Mastercard-ın Azərbaycan üzrə meneceri Erdem Çakar "Biz bağlanan bankarla bağlı dəqiq rəqəm müşahidə etmirik. Təbii ki, o banklarda bəlli sayda müştərilər var idi. Həmin bankların müştəri sayı azalır amma digər bankınki artır bunu müəyyən vaxt ərzində izləyib görmək çətin olur."-deyə qeyd edib.