AzTV-nin “Ağ Qara”sı “Mir Şahinin vaxtı” verilişinə necə çevrildi - VİDEO
03.06.2020

AzTV-də "Ağ Qara" verilişi var. Təəssüf ki, aparıcının adını bilmirəm. Veriliş də yaxşıdır, aparıcı da çox uğurludur. Düzdür Aleksandr Qordon olmasa da ən azı onun kimi xarizmatik görünür.

Mir Şahinlə olan verilişi keçən həftə olsa da mən dünən baxdım.

Maraqlı idi. Amma Mir Şahinlə olan verilişi mənim üçün cəmi 4 dəqiqə çəkdi. Halbu ki, 4-cü dəqiqədən sonra da veriliş davam elədi. Amma ta “Ağ Qara” olmadı, "Mir Şahinin vaxtı" verilişi oldu. Öyrətmək olmasın aparıcı qardaşım Mir Şahin kimi söz oyunçusunu nəzərə almalıydı. Və birinci verdiyi sualı axırda verməliydi. Amma birinci verdi və uduzdu. Mir Şahin onun nə ağını tanıdı, nə də qarasını. Başqa rənglərin mövcudluğunu və üstünlüyünü sübut etdi. Aparıcı isə verilişini məhz ağ və qara rəngdə qurmuşdu. Mir Şahinin bu rənglərdən imtina etməsi aparıcının bütün müdafiə və hücum taktikasını məhv etdi. 4 cü dəqiqədən sonra veriliş "Ağ Qara”dan "Mir Şahinin vaxtı" verilişinə çevrildi. Düzdür axıra qədər baxdım. Amma o qədər də fikrimi çəkmədi. Çünki Mir Şahinə Real Tv də "Mir Şahinin vaxtı" verilişində zatən baxıram.

Şöhrət El-Dəniz

Visiontv.az