AzTU ilə Zonguldak Bülent Ecevit Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
22.11.2022

Zonguldak Bülent Ecevit Universitetinin rektoru İsmail Hakkı Özölçerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və əməkdaşlarla görüşüb. Görüş zamanı hər iki universitet arasında perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra AzTU və Zonguldak Bülent Ecevit Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memoranduma əsasən, hər iki universitet birgə layihələrin hazırlanması, tədqiqat işlərinin yerinə yetirilməsi, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edəcək.  

Visiontv.az