AzTU -da İctimai Şuranın növbəti toplantısı keçirilib
17.06.2021

Bu gün AzTU -da İctimai Şuranın növbəti toplantısı keçirilib.  Universitet rəhbərliyi və İctimai Şura  professor Şahlar Əsgərovu 80 illik yubileyi münasibətilə təbrik edib və xatirə hədiyyələr təqdim edilib.

Son zamanlar AzTU -da Elm və innovasiyalar üzrə prorektor olaraq fəaliyyətə başlayan, regionda və  dünyada süni intellekt və texnologiyalar sahəsində tanınmış  professor Çətin Elmas  İctimai Şura üzvlərinə təqdim edilib.

Çətin Elmas birgə səylər nəticəsində  AzTU-nun beynəlxalq miqyasda tanınmış ali təhsil müəssisəsinə çevriləcəyini vurğulayıb.
İctimai Şura adından prorektor  Çetin Elmasa xatirə hədiyyələr təqdim edilib.

AzTU rektoru, professor Vilayət Vəliyev AzTU -da aparılan islahatlar və imtahanların gedişi haqqında məlumat verib , müzakirələr aparılıb.