“Aztelekom” MMC-dən bayram sovqatı
23.05.2020

“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb

Visiontv.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC daha bir sosial məsuliyyət tədbiri həyata keçirib.

Ramazan Bayramı münasibəti ilə qurumun kollektivi tərəfindən bir qrup ailəyə bayram sovqatı hazırlanıb.

Bayram ərəfəsində “Aztelekom”un əməkdaşları aztəminatlı ailələrə bayram sovqatını çatdırıb.

“Aztelekom” MMC xeyirxah təşəbbüsləri gələcəkdə də davam etdirməyi nəzərdə tutur.