Azərkosmosda ”Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə görüş keçirilib
28.06.2022

Azərkosmosda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə monitorinqinə dair görüş keçirilib

Azərkosmosda ”Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə Fransanın “BRL Ingénierie” şirkəti ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.

“BRL Ingénierie” su, ətraf mühit və torpaqdan istifadənin regional idarə olunması ilə sahələrində ixtisaslaşmış və mühəndislik xidmətləri təklif edən beynəlxalq konsaltinq şirkətidir.

Görüş Azərbaycanda su ehtiyatları, yeraltı və yerüstü suların təyini və qiymətləndirilməsində müasir texnologiyaların istifadəsinə həsr olunub. Görüşdə Azersky peykinin təsvirlərindən istifadə etməklə ənənəvi üsullardan fərqli olaraq ölkəmizdə su ehtiyatlarının səmərəli metodlar vasitəsilə kompleks qiymətləndirilməsi üzrə təkliflər səsləndirilib.

Qeyd edək ki, Azersky peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə su ehtiyatlarının yerini 80-95 faiz dəqiqliklə təyin etmək mümkündür. Bu da öz növbəsində su ehtiyatları və onların səmərəli istifadəsi imkanlarını yaradır.

Visiontv.az