"Azercell"in maşınına basqın edib külli miqdarda pul apardılar
05.02.2020

Şəkidə "Azercell" şirkətinə məxsus avtomobilin qarşısını kəsən şəxslər şirkətin vəzifəli əməkdaşına hücum edib onun üzərində olan şirkətə məxsus 20 min manat pulu aparıblar.

Visiontv.az SƏS TV-yə istinadla xəbər verir ki, Şəki şəhərinin Cəfərabad kəndi ərazisində "Azercell”ə məxsus və Rasim Muxtarzadənin idarə etdiyi "Ford” markalı avtomobilin qarşışı "VAZ 2106” markalı maşınla kəsilib.

"VAZ 2106”dan düşən naməlum şəxslər "Ford”da olan sürücü və sərnişin - "Azercell”in Şəki şəhərində diler mağazasının müdiri Cəlal Kərimova xəsarət yetirərək onun üzərində olan şirkətə məxsus 20 min manat pulu aparıblar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Hadisənin kimlər tərəfindən törədildiyi hələ ki bilinmir.